26 Aprel 2014 23:42
488

Bakıda futzal üzrə UEFA kubokunun “dördlər finalı”nda üçüncü yer uğrunda və final görüşləri keçirilib.

Teleqraf.com xəbər verir ki, ilk öncə meydana "Araz" (Azərbaycan) və "Kayrat" (Qazaxıstan) komandaları çıxıb.

Üçüncü yer uğrunda görüş Bakı vaxtı ilə 19:00-da başlayıb. Yarımfinalda "Barselona"ya (İspaniya) penaltilər seriyasında uduzan təmsilçimiz bu matçda qələbə qazanmaqla turniri üçüncü başa vurmağa çalışacaqdı. "Araz" bu oyunda da üç dəfə hesabda geri düşməsinə baxmayaraq, yekun hesabda 6:4 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz bürünc mükafatın sahibi olub.


Final görüşündə isə "Barselona" (İspaniya) və "Dinamo" (Rusiya) komandaları üz-üzə gəlib. Tarixi ərzində cəmi bir dəfə (2012) UEFA kubokuna sahib çıxan "Barselona" bu matçın əsas favoriti sayılırdı. Kataloniya təmsilçisi gözlənilən kimi 5:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

26 aprel

Final

21:30 "Dinamo" (Rusiya) – "Barselona" (İspaniya) - 2:5
Qollar: Romulo, 10 (1:0), Qabriel, 23 (1:1), Dyeqo, 30 (1:2), Tatu, 37 (2:2), Fernandao, 41 (2:3), Lozano, 50 (2:4), Sedano, 50 (2:5)

Üçüncü yer uğrunda

19:00 "Araz" (Azərbaycan) – "Kayrat" (Qazaxıstan) - 6:4

Qollar: Baron, 16 (0:1), Fumasa, 18 (0:2), Amadeu, 28 (1:2), Folya, 29 (2:2), Kafe, 30 (2:3), Foglia, 32 (3:3), Fumasa, 34 (4:3), Fabiano, 37 (4:4), Auqusto, 39 (5:4), Eduardo, 39 (6:4)


Müəllif: