17 Aprel 2018 16:56
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kunq Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu Gənclər və İdman nazirinin müavini Ismayıl Ismayılov konfrans iştirakçılarına təqdim edib.

Nurlan Aslanov 2000-2001-ci ildən Kunq Fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və Dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.


Müəllif: Şəfiqə Nazimqızı