18 Aprel 2018 23:13
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyununda “Sumqayıt” komandası “Keşlə”ni, “Neftçi” isə “Qəbələ”ni qəbul edib.

Teleqraf.com xəbər verir ki, “Sumqayıt”- “Keşlə” qarşılaşması 1:1 hesabı ilə başa çatsa da, ilk oyunda “Keşlə” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

“Neftçi” və “Qəbələ” komandaları arasında keçirilən görüşdə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanaraq finala çıxıb.


Müəllif: Teleqraf.com