19 Aprel 2018 22:12
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İdman Sarayında şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş “Raquf Orucov Kuboku” ikinci beynəlxalq cüdo turniri başa çatıb.

Teleqraf.com xəbər verir ki, turnirdə Bakını və bölgələrimizi təmsil edən yaşı 21-dək olan oğlan və qızlardan ibarət komandalarla yanaşı, Rusiya və Gürcüstandan gələn cüdo klubları da iştirak ediblər.

Turnirin final görüşündə "Judo Club 2012” və “Qəbələ” klubları qarşılaşıblar. Daha yaxşı çıxış edən “Qəbələ” klubunun yeniyetmə cüdoçuları 5:1 hesabı ilə qalib gələrək “Raquf Orucov Kuboku”na sahib olublar.

Bürünc medallara “Atilla-1” və Gürcüstan komandaları layiq görülüblər.

Qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.


Müəllif: Teleqraf.com