22 Aprel 2018 00:24
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də “Mançester Yunayted” ilə “Tottenhem” arasında İngiltərə kuboku uğrunda ilk yarımfinal oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, “Vembli” stadionunda keçirilən oyunda “Mançester Yunayted” 2:1 hesabı ilə qalib gəlib.

Hesabı “Tottenhem” klubu açıb. Oyunun 21-ci dəqiqəsində Delli Alli fərqlənib – 0:1. On dəqiqədən sonra “qırmızı şeytan”lar hesabı bərabərləşdiriblər, Aleksis Sançes adını tabloya yazdırıb. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra matçın 64-cü dəqiqəsidə Ander Herrera “Mançester Yunayted”in qələbə topunu vurub. Görüş 2:1 hesabı ilə “Mançester Yunayted”in qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra finala yüksələn Joze Maurinyonun yetirmələri “Çelsi” - “Soutgenton” oyununun qalibi ilə finalda qarşılaşacaqlar.

Final mayın 19-da “Vembli” stadionunda keçiriləcək.


Müəllif: Teleqraf.com