22 Aprel 2018 17:34
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın “Boka Xunyors” futbol klubu İtaliya millisinin və “Yuventus”un qapıçısı C.Buffonu transfer etmək istəyir.

Teleqraf.com xəbər verir ki, mövsümün sonunda karyerasını bitirməyə hazırlaşan 40 yaşlı qapıçıya surpriz transfer təklifi gəlib. “Boka Xunyors”un prezidenti Barros Şelotto Buffonla maraqlandıqlarını açıqlayıb.

Çempionlar liqasında bir dəfə də olsun qalib ola bilməyən Buffon “Boka Xunyors”a keçəcəyi təqdirdə Libertadores Kuboku uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, o, "Real Madrid"ə məğlubiyyətdən sonra “Bu, Çempionlar liqasındakı son oyunum ola bilər” demişdi.


Müəllif: Cabbar