22 Aprel 2018 15:50
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbdürrəhim Albayraq Sinan Gümüşü belində aparıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Premyer Liqasında növbəti turun oyunları keçirilib.

“Alanyaspor”un qonağı olan “Qalatasaray” çətinliklə olsa da, vacib qələbə qazanıb. Oyun başlar-başlamaz 2 top fərqiylə irəli keçən sarı-qırmızılılar bu hesabı qoruyub saxlaya bilməyiblər. Belə ki, alanyasporlu futbolçular hesabı bərabərləşdirməyi bacarıb. Oyunun son dəqiqələrində isə Sinan Gümüş “Qalatasaray”a qələbə qazandıran qolu vurub. 3-2 hesabl ilə qalib gələn “Qalatasaray” turnir cədvəlindəki yerini də qoruyub.

Oyundan sonra qələbə sevincini yaşayan cimbomlular maraqlı görüntülərlə yadda qalıb. Belə ki, klub prezidentinin vəkili Əbdürrəhim Albayrak Sinan Gümüşü çiynində aparıb.


Müəllif: Cabbar