25 Aprel 2018 22:29
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək.

Teleqraf.com xəbər verir ki, qalmaqallı derbi mayın 3-də yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək.

Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.

Qeyd edək ki, Şükrü Saraçoğlu adına stadionda keçirilən “Fənərbaxça” – “Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması və qonaq komandanın baş məşqçisi Şenol Günəşin zədələnməsi səbəbindən təxirə salınıb. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınıb.


Müəllif: Teleqraf.com