26 Aprel 2018 00:42
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin daha bir ilk oyunu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, turnirin son qalibi "Real” Almaniyada "Bavariya”nın qonağı olacaq. Bu kollektivlər avrokuboklarda rekord sayda – 25-ci dəfə üz-üzə gələcəklər. Madridlilər ötən mövsüm 1/4 finalda məhz münhenliləri mübarizədən kənarlaşdırıblar.

"Bavariya” Yupp Haynkesin rəhbərliyi altında 3 dəfə ÇL-də çıxış edib və hamısında da finala yüksəlib. "Real” isə Zinəddin Zidanın baş məşqçiliyində ardıcıl 3-cü dəfə yarışın qalibi olmağı hədəfləyib.

2013-cü ildə "Bavariya” ilə ÇL-i qazanan Haynkes, 1998-ci ildə "Real”ın baş məşqçisi qismində də anoloji uğura imza atıb.

Çempionlar Liqası. Yarımfinal, ilk oyun

25 aprel

22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) 2:1

Qollar: Coşua Kimmix, 28 (1:0), Marselo, 44 (1:1), Asensio, 57 (1:2)

Baş hakim: Kuipers B. (Hollandiya)
Münhen. "Allianz Arena"

Baş hakim: Byörn Keypers (Hollandiya)

Qeyd edək ki, digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə "Roma"nı darmadağın edib - 5:2.


Müəllif: Teleqraf.com