26 Aprel 2018 23:58
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Hüseyn Ağayev Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə ardıcıl iki erməni güləşçini məğlub edərək turnirin qalibi olub.

Teleqraf.com xəbər verir ki, iki gün davam edən yarışda 4 lənkəranlı idmançı iştirak edib. Onlardan 3-ü turnirin medallarına sahib çıxıb.

Lənkəranlı güləşçilərdən Yusif Mirzəyev 22, Ramazan Hüseynov 29, Hüseyn Ağayev 32 və Alişan Verdiyev 35 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Onlardan ikisi birinci, ikisi isə üçüncü yeri tutub.

Turnirdə Hüseyn Ağayevin çıxışı daha yaddaqalan olub. Yarımfinalda erməni rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksələn lənkəranlı idmançı bu uğuru final görüşündə də təkrarlayıb. O, erməni rəqibini cəmi 50 saniyəyə məğlub edib. (Azərtac)


Müəllif: Teleqraf.com