12 Avqust 2014 00:01

"Barselona"nın yeni transferi Tomas Vermalenin zədəli olduğu aşkarlanıb.

Sağ ayağında problem olan belçikalı müdafiəçinin müalicəsinə başlanılıb. Onun nə zaman yaşıl meydanlara qayıdacağının məlum olmadığı bildirilib.

Qeyd edək ki, T.Vermalen dünən "Arsenal"dan "Barselona"ya transfer olunub. O, "Barsa" ilə 5 illik (2018/2019 mövsümünün sonuna qədər) müqavilə imzalayıb./qol.az/


Müəllif:
Загрузка...