27 Aprel 2014 12:39

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsi Avstriyada təşkil olunmuş 11-ci beynəlxalq "Delle Nazioni" turnirində ikinci oyununu keçirib.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçularımız Xorvatiya yığması ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Qara Qarayev fərqlənib.


Müəllif: