15 May 2018 00:39
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Zenit” klubunun sabiq baş məşqçisi Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

R.Mançini ilə müqavilənin şərtləri hələ ki, açıqlanmır. Yeni baş məşqçinin rəsmi təqdimatı mayın 15-də keçiriləcək.


Müəllif: Teleqraf.com