14 Aprel 2014 13:51
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” rəhbərliyi ulduz futbolçusu Messiyə yeni müqavilə təklif edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. “Barsa” rəhbərliyi dünya çempionatının startına qədər Messi ilə yeni müavilə bağlamaqda israrlıdı. Hazırkı müqavilənin müdətti 2018-ci ilə qədərdi. Bir müddət əvvəl yayılan məlumatlarda vurğulanırdı ki, Messi rəhbərlikdən illik 25 milyon avro məbləğində 5 illik müqavilə tələb edir.

Qeyd edək ki, Messi bu mövsüm “Barselona”nın heyətində 26 oyunda 25 qol vurub, 10 məhsuldar ötürmə edib.


Müəllif: Teleqraf.com