17 May 00:55

2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gəlib. Lionda keçirilən görüşdə "Atletiko" inamlı qələbə qazanıb - 3:0.
Bununla da “Atletiko” üçüncü dəfə Avroliqanın qalibi olub. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirini qazanıb.
Xatırladaq ki, Dieqo Simeonenin komandası Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Ağdam klubu Madridlilərlə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb.
UEFA Avropa Liqası
Final
16 may
“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3
Qollar: Antuan Qrizmann, 21, 49, Qabi, 89
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”

.


Müəllif: Teleqraf.com
Загрузка...