18 May 00:45

Bu mövsüm növbəti dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” bu uğurunu qeyd etmək üçün bu gün Ağdama səfər edib.

Teleqraf.com xəbər verir ki, Ağdam klubu ardıcıl 5-ci çempionluğunu cəbhə bölgəsində qeyd edib. Belə ki, komandanın futbolçularından İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev və Elvin Yunuszadə cəbhə bölgəsində yerləşən N saylı korpusun komandiri, general-mayor Hikmət Həsənovla görüşüb. Onlar orada əsgərlərlə də görüşüblər.

Qeyd edək ki, Ağdamı təmsil edən “Qarabağ” artıq illərdi paytaxtda məskunlaşıb.


Müəllif: Teleqraf.com
Загрузка...