19 May 2018 21:59
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubu futbol üzrə ölkə çempionatının qalibi olub.

Teleqraf.com-un məlumatına görə, 34-cü turda səfərdə “Göztəpə” klubu ilə qarşılaşan “sarı-qırmızılılar” 66-cı dəqiqədə Bafitimbi Qomisin vurduğu yeganə qolla qələbə qazanıb.

Bu qələbə “Qalatasaray”ın 21-ci, baş məşqçi Fatih Terimin isə 7-ci çempionluğudur.

Bununla yanaşı, oyunda fərqlənən Bafitimbi Qomis vurduğu qolların sayını 9-a çatdıraraq 2017-2018-ci il mövsümünün ən məhsuldar futbolçusu olub. Fransalı hücumçu bu göstərici ilə Türkiyə futbol tarixində bir mövsümdə ən çox qol vuran əcnəbi futbolçu adına sahib çıxıb.


Müəllif: Nərgiz