Almaniyanın “Bavariya” klubu yamaykalı Leon Beyliyə görə “Bayer”ə təklif göndərib.
Teleqraf.com ESPN-ə istinadən xəbər verir ki, Bundesliqanın son qalibi 20 yaşlı futbolçu üçün 60 milyon avrosundan keçməyə hazırdır.
Qarşı tərəf isə Beylinin transferindən 100 milyon əldə etmək istəyir.
L.Beyli bu mövsüm keçirdiyi 44 oyuna 12 qol vurub.
Qeyd edək ki, “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski “Çelsi”yə keçə bilər.