İspaniyanın “Real Madrid” klubunun 2 min azarkeşi Çempionlar Liqasının finalına aldıqları bileti geri qaytarıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə AS nəşri yazıb.
Fanatlar bunu yerləşdirmə problemi və baha qiymətlərlə bağlı olduğunu bildiriblər.
Qeyd edək ki, “Real” və “Liverpul” arasında keçiriləcək Çempionlar Liqasının final oyunu mayın 26-da Ukraynanın Kiyev şəhərində baş tutacaq.