22 May 2018 08:29
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çempion olduğumuz üçün şadam. Düzdü, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandıqları matçdan sonra deyib.

O, gözlənildiyi qədər qol vura bilməməsindən doğan tənqidlərə şərh vermək istəməyib: “Şərhsiz. Bu, sizin şəxsi mövqeyinizdi”.

Şeydayev "Qarabağ"dakı taleyinə hələ aydınlıq gəlmədiyini də vurğulayıb: "Hələ heç nədən xəbərim yoxdu. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik, heç kiminlə danışmamışam. Fikirləşəcəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

Gənc forvard hazırkı klubunda keçirdiyi mövsümü isə belə dəyərləndirib: "Burada çempion oldum. Bu, yaxşı haldı. "Jilina"nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram”.


Müəllif: Teleqraf.com