22 May 2018 09:30
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Moskva şəhərində uşu üzrə 17-ci Avropa çempionatı başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, mayın 14-dən 20-dək davam edən çempionatda 36 ölkə təmsil olunub.

Azərbaycanı isə 8 idmançı təmsil edib.

5 gün davam edən yarışda komandamız 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Komandamıza yeganə qızıl medalı həmyerlimiz, 56 kq çəki dərəcəsində Səfəralı Məmmədrzayev qazandırıb.


Müəllif: İlhamə