25 May 2018 14:45
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib.

Teleqraf.com xəbər verir ki, Tüm Sanayici İşadamları Derneğinin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib.

İdman yarışına 8 komanda qoşulub. Azərbaycan, Türkiyə, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub. Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın 100 İL kubokunu komandaya təqdim edib.


Müəllif: Teleqraf.com