26 May 2018 12:18
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçuların milyonlarla sərvətinin olması sirr deyil.

Teleqraf.com futbolçuların əsasən nəyə pul xərclədiklərinin araşdırıb:

Avtomobillər

Kişilərin sevimli oyuncağı, əlbəttə, eksklüziv avtomobildir. Maşınlara ən çox pul xərcləyənlərdən biri Kriştiano Ronaldodur. Onun qarajında ümumi dəyəri 5 milyon dollar olan 19 maşın var. Ən bahalısı isə təxminən 1,7 milyon dollarlıq “Bugatti Veyron”dur.

Rusiyalı futbolçular arasında isə Aleksandr Kokorin maşınlara marağı ilə seçilir.

Kokorinin xüsusi olaraq “Mersedes Benz” həvəskarı olduğu bildirilir. Futbolçunun “Mersedes Benz G 65 Mansory”, “Mersedes Benz S-klass AMG”, “Lamborghini”, “Maybach” və “Bugatti Veyron”u var.

Daşınmaz əmlak

Daşınmaz əmlaka maraq göstərən futbolçular arasında Ueyn Runinin adı birincilər sırasındadır. O, İngiltərədə 7,5 milyonluq qəsrə, Florida yarım milyonluq mənzilə, Barbadosda 8,4 milyonluq villaya sahibdir.

Ronaldo isə Madriddə memar Joakin Torresin eksklüziv olaraq dizayn etdiyi villaya sahibdir. Onun dəyəri təxminən 7 milyon dollardır.

İtaliyalı Mario Balotellinin də Milanda xüsusi evləri var. Burada qızıldan fontan və futbolçunun özü hündürlüyündə heykəli yerləşir.

Hobbi

Bəzi futbolçuların bahalı hobbiləri olduğu da gizli deyil. Məsələn Ueyn Runin 3 yarış atı saxlayır.

Neymarın isə bahalı avtomobillərlə yanaşı 8 milyonluq yaxtası da var. Futbolçu onun saxlanılmasına ildə 120 min dollar xərcləyir.

Bahalı zinət əşyaları

Bəzi futbolçuların bahalı daş-qaşlara güclü meyl edirlər. Buna misal olaraq bir neçə il öncə brilyantla bəzədilmiş topa 250 min dollar xərcləyən Kərim Benzemanı göstərmək olar.

Ada

Daşınmaz əmlak artıq hər kəsi təəccübləndirmir. Ancaq İbrahimoviç daha da qabağa gedib özünə ada alıb. Futbolçu 500 hektarlıq adanın ona ov üçün lazım olduğunu bildirib.

Xeyriyyə

Ədalət üçün bildirək ki, milyonlar qazanan futbol ulduzları tez-tez ehtiyacı olanlara yardımlar edirlər. Ən çox xeyriyyə addımları ilə diqqət çəkən Kriştiano Ronaldodur. O, doğma Madeyrada onkoloji mərkəz açması, məktəblərə və tibb mərkəzlərinə dövrü olaraq kömək etməsi və həvəslə xeyriyyə işlərində iştirakı ilə diqqət çəkir.

Öz xeyriyyə fondu olan Messi isə Argentina üçün pul xərcləməkdə xəsislik etmir.

Andres İnyesta da 2012-cii ildə Valensiyada baş vermiş yanğın qurbanlarına 300 min avro yardım etmişdi.

Neymar isə Braziliyada kasıb ailələrin uşaqları üçün İdman mərkəzi açıb.


Müəllif: Ruslan