27 Aprel 2014 21:15
1 459

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib.

Teleqraf.com-un məlumatına görə, turun bütün oyunları bir gündə keçirilib.

Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Şempionatın lideri "Qarabağ" klubu "Neftçi"ni sınağa çəkib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazana bilməyib. Tərəflər bir xalla kifayətlənməli olub.

27 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 32-ci tur

“Qarabağ” – “Neftçi” - 1:1
Qollar: Flavinyo, 40 (0:1), Muarem Muarem,51 (1:1)

“İnter” – “Xəzər Lənkəran” - 3:0
Qol: Arif Daşdəmirov, 4 (1:0), Abdulla Abatsiyev, 75 (2:0), Derlis Meza Kolli, 84 (3:0)

AZAL – “Rəvan” - 0:0

16:00. “Qəbələ” – “Simurq” - 1:0
Qol: Dodo, 58 (1:0)

“Sumqayıt” – “Bakı” - 1:1
Qollar: Fərcad-Azad, 47 (1:0), Risto Ristoviç, 69 (1:1)


Müəllif: