14 Avqust 2014 02:47

"Bavariya"nın futbolçuau Xavi Martinez zədələnib.

Qol.Az-ın məlumatına görə, ispan oyunçu Almaniya Superkubokunda "Borussiya" ilə matçın 31-ci dəqiqəsində rəqibin futbolçusu Marsel Şmelçerlə toqquşma nəticəsində yerə yıxılıb. Ayağından ciddi zədə alan oyunçu xərəklə meydanın kənarına çıxarılıb.

Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif:
Загрузка...