15 Avqust 2014 09:41
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Zenit" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Xavi Qarsiyanın keçidini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer Peterburq təmsilçisinə 16,2 milyon avroya başa gəlib. İspaniyalı futbolçu yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qarsiya 2012-ci ildə "Benfika"dan "Mançester Siti"yə transfer olunub.


Müəllif: