15 Avqust 2014 18:45
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də 8-ci km qəsəbə stadionunda Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar avqustun 17-dən 20-dək Bakı şəhərində yığmamızın təlim-məşq toplanışı təşkil olunacaq.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib.

Baş məşqçi Berti Foqtsun milliyə dəvət etdiyi futbolçular sırasında yeni oyunçuların da adlarına rast gəlinir.

Qeyd edək ki, "Qarabağ" və "Neftçi" klublarının Avropa Liqasının pley-off mərhələsindəki oyunları ilə əlaqədar hər iki komandanın millidə çıxış edən futbolçularına dəvət göndərilməyib.

Kamran Ağayev - "Qəbələ"

Səlahət Ağayev - "İnter"

Rasim Ramaldanov - "Xəzər Lənkəran"

Mahir Şükürov - "Karşıyaka" (Türkiyə)

Elnur Allahverdiyev - "Qəbələ"

Emin Cəfərquliyev - "Araz-Naxçıvan"

Ufuk Budak - "Qaziantep BB" (Türkiyə)

İlkin Qırtımov - "Simurq"

Əli Gökdemir - "Simurq"

Emin Nouri - "Kalmar" (İsveç)

Məhəmməd Mirzəbəyov - "İnter"

Rahid Əmirquliyev - "Xəzər Lənkəran"

Ruslan Abışov - "Qəbələ"

Taşkın İlter - "Ayntraxt" (Braunşveq, Almaniya)

Abdulla Abasıyev - "İnter"

Cavid Hüseynov - "Qəbələ"

Əfran İsmayılov - "Xəzər Lənkəran"

Vaqif Cavadov - "Qaziantep BB" (Türkiyə)

Rauf Əliyev - "Xəzər Lənkəran"

Cihan Özkara - "Sivasspor" (Türkiyə)

Rüfat Dadaşov - SVN 1929 Tsvaybrüken (Almaniya)

Tuğrul Erat - "Fortuna Düsseldorf" (Almaniya)

Dmitri Nazarov - "Karlsruher" (Almaniya)

Kiyan Soltanpur - "Sumqayıt"


Müəllif: