"Barselona" klubunun baş məşqçisi Xerardo Martino sabiq komandası "Barselona"dan ayrılmasının səbəbini açıqlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis komandanın uğursuzluğunda özünün günahkar olduğunu düşündüyü üçün "Barselona"dan getdiyini deyib.
"Barselona"dan ayrıldım, çünki həmin vaxt komandanın uğursuzluğunda yeganə günahkar mən idim" - deyə Martino bildirib.
Qeyd edək ki, 2013/2014 mövsümündə "Barselona"nı çalışdıran Martino bir neçə gün öncə Argentina yığma komandasının baş məşqçisi təyin olunub.