16 Avqust 2014 14:14
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroliqanın “plef-off” mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Tvente" oyunu üçün biletlər bu gün satışa çıxarılıb.

Bu barədə Qol.Az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.



Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiymətləri də müəyyənləşib.

12-dən 17-yə qədər olan sektorlar üçün biletin qiyməti 2, VİP yerlər üçün 50, qalan yerlər üçün isə 1 manat təşkil edir. Biletləri Respublika stadionun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Qarabağ" - "Tvente" oyunu avqustun 21-i saat 21:00-da başlayacaq.


Müəllif: