28 Aprel 2014 11:20

Hollandiya Erediviziyasının qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, “Ayaks” 2013/14 mövsümünün qalibi olub.

Amsterdam klubu ötən gün “Herakles”i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da sona 1 tur qalmış əsas rəqibi “Feyenoord”u 4 xal qabaqlayan “Ayaks” çempionluğunu elan edib.

Qeyd edək ki, Amsterdam klubu 33-cü dəfə Hollandiya çempionu olub. “Ayaks” ardıcıl 4 mövsümdə qızıl medallara sahib çıxıb.


Müəllif: