18 Avqust 2014 10:41
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan Azərbaycan karateçiləri rəqibi biabırcasına məğlub ediblər.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə bildiriblər ki, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar.

Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər.


Müəllif: