18 Avqust 2014 23:31
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa çempionatının ikinci turunda “Bastiya” ilə qalmaqallı oyunda zədələnən PSJ klubunun ulduz futbolçusu Zlatan İbragimoviç 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

ANS PRESS-in məlumatına görə, isveçli futbolçu tibbi müayinədən keçən zaman müəyyən olunub ki, onun qarnının sol əzələsi zədələnib.

Qeyd edək ki, Parisdə keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Zlatan İbragimoviç start heyətində meydana çıxıb, lakin zədələnməsi ucbatından artıq 16-cı dəqiqədə oyunu tərk etməyə məcbur olub.

Klubun saytı xəbər verir ki, 32 yaşlı oyunçunun qarın əzələləri qismən zədələnib, lakin bərpa müddəti göstərilməyib. “Bastiya”nın forvardı Brandao tərəfindən ikinci fəqərə sümüyünün çıxıntısı sındırılmış müdafiəçi, parisli Qreqori van der Vil təxminən on gün meydana çıxa bilməyəcək.

Brandaonun hücumu nəticəsində burnu sınan xavbek Tiaqu Motta cümə günü birinci liqanın üçüncü turunun “Evian”la oyununda iştirak etməyəcək, sonra isə ehtimal ki, meydançaya qoruyucu maskada çıxacaqdır.


Müəllif: