19 Avqust 2014 17:59
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" və "Neftçi" klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını 21 avqust 2014-cü il tarixində keçirməsi səbəbindən və klubların Peşəkar Futbol Liqasına (PFL) müraciəti nəzərə alınaraq təqvimdə dəyişikliklər edilib.

Teleqraf.com PFL-ə istinadən məlumat verir ki, dəyişikliklərə əsasən, Premyer Liqanın III turunun "Araz Naxçıvan" - "Qarabağ" matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilib.

Əvəzedici heyətlər arasındakı matç da 24 avqust 2014-cü il tarixində keçiriləcək.

Premyer Liqasının III turunun AZAL - "Neftçi" matçı isə 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilib.


Müəllif: