14 Aprel 2014 14:56
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün sonunda “Barselona”da baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib. İspaniya çempionatının son turunda “Qranada”ya məğlubiyyətdən (0:1) sonra “Barselona”nın baş məşqçisi Tata Martino klub rəhbərliyinə müraciət edərək mövsümünn sonunda komandadan ayrılmaq istədiyini bildirib. Martino İspaniyada özünü komfort hiss etmədiyini vurğulayıb və vətənə qayıtmaq istədiyini bildirib. “Barselona” rəhbərliyi onun bu istəyini qəbul edib.

Məlumata görə, Martinonu Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Kloppun əvəzləyəcəyi bildirilir. İspaniya mətbuatı iddia edir ki, Kloppla bərabər “Borussiya”nın ulduz futbolçusu Mark Roys da “Barselona”ya gələcək.


Müəllif: