28 Aprel 2014 15:57
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı baş çatıb.

Teleqraf.com xəbər verir ki, qitə birinciliyinə 10 idmançı ilə yollanan Azərbaycan yığması sadəcə 2 medalla kifayətlənib.

Yarışların son günü finalda uduzan Elmar Qasımov (100 kq) gümüş medalla kifayətlənib.

Bundan öncə isə bir idmançımız - İlqar Müşkiyev (60 kq) 3-cülüklə kifayətlənmişdi.

Millimiz yekun komanda hesabında 9-cu yerdə qərarlaşıb.

Aygün İlqarqızı


Müəllif: