14 Aprel 2014 14:59
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, final iddiasında olan klublar artıq çərşənbə günü ilk oyunlarına çıxacaq.

Paytaxt derbisində üz-üzə gələcək “Neftçi” və “Rəvan” tarixləri ərzində ilk dəfə kubokda görüşəcək. “Qəbələ” və “Xəzər Lənkəran” isə əvvəllər də bu yarışda qarşılaşıb. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubok yarışları tarixindəki oyunlarının balansını hazırlayıb:

Azərbaycan kuboku

Yarımfinal

16 aprel

17. “Neftçi” – “Rəvan”: indiyədək görüşməyiblər

18. “Qəbələ” – “Xəzər Lənkəran”

+0=1-1, top fərqi 2:4

6 il əvvəl də əyalət klublarının yolları yarımfinalda kəsişmişdi. Həmin vaxt hər iki oyunda tərəflər qol sevinci yaşamışdı. İlk oyunda səfər qələbəsi əldə edən “Xəzər Lənkəran” 6 il əvvəl finala çıxıb və sonda kuboku başı üzərinə qaldırmışdı.


Müəllif: