23 Avqust 2014 00:56
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal transferlərlə bağlı açıqlama verib.

Təcrübəli mütəxəssis gözlənilən futbolçuları heyətə cəlb etmədiyi üçün edilən tənqidlərə belə münasibət bildirib:

"İki həftə əvvəl "Mançester Yunayted"in kralı idim, indi isə şeytanı oldum. Ander Herrera, Lyuk Şou, Markos Roxonu heyətimizə cəlb etdik. Onları Dieqo Kosta, Toni Kroos, Sesk Fabreqas kimi ulduz futbolçularla müqayisə etmək düzgün deyil".

Van Qal onu da qeyd edib ki, istədiyi heyətə qurmaq üçün zamana ehtiyacı var: "Oyunçu alıb-satmaq asan iş deyil"./qol.az/


Müəllif: