23 Avqust 2014 14:02

"Neftçi" klubu Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la cavab görüşünü əvvəlcədən nəzərdu tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirməkdən imtina edib.

Bu barədə Qol.Az saytına açıqlamasında "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi bu addımı adı çəkilən arenanın ot örtüyünün bərbad hala düşməsi ilə əlaqələndirib: "Tofiq Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb. Bu səbəbdən qarşılaşmanın Respublika stadionunda deyil, 8-ci km qəsəbə stadionunda keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamışıq. Müsbət cavab alacağımıza ümid edirik".

Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Neftçi" - "Partizan" oyunu saat 21:00-da başlayacaq.


Müəllif:
Загрузка...