29 Aprel 2014 11:59

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının dünya çempionatına aparılacaq heyətində yer alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinin müxbiri Zoran Mirosavleviç məlumat yayıb. Onun fikrincə, Şehiç bu komandanın 23 nəfərlik heyətinə daxil ediləcək.

Belə olacağı halda Ağdam klubunun qolkipri Azərbaycan klublarından mundiala aparılan ilk futbolçu kimi futbolumuzun tarixinə düşəcək.


Müəllif: