29 Aprel 2014 16:54
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının AZAL klubunun hücumçusu Nedo Turkoviç Qazaxıstan mətbuatına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, o, ölkəmizdəki peşəkar fəaliyyəti, şəxsi uğurları haqda məqamları bölüşüb. Həmçinin Nedo Azərbaycan və Qazaxıstan futbolunun fərqləri barədə də danışıb:

“Azərbaycanda qol vurmaq elə də asan deyil. Sadəcə, Qazaxıstanla müqayisədə, Azərbaycan çempionatına tez uyğunlaşdım. İndi hər iki ölkə futboluna öyrəşmişəm. Qazaxıstana qayıtmağı çox istərdim. Bunu bacaracağıma inanıram.

Burada komandalar bir-birinə yaxın yerləşib. Futbol fərqlənirmi? Düşünürəm ki, futbol eynidir. Ancaq burada nəticəyə görə daha çox haqq verilir. Azərbaycanda yaxşı insanlar var. Şəhər və hava da əladır. Ancaq Bakı çox bahalı şəhərdir. Benzinin qiyməti Qazaxıstandakı kimidir. Lakin adi şeylər - qəhvə və geyim bahadır”.

Aygün İlqarqızı


Müəllif: