29 Aprel 2014 21:01

Mövsümü başa vurduqları iddia edilən "Çelsi"nin zədəli futbolçuları Peter Çex və Con Terri məşqlərə başlayıb.

Teleqraf.com-un Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki oyunçu komandanın bugünkü məşqində iştirak edib. Onların sabah Çempionlar Liqasında "Atletiko" ilə matçda meydanda olacağı gözlənilmir.

Ciddi zədələri olmayan Samuel Eto’o və Eden Hazard isə Madrid klubu ilə görüşdə oynaya biləcək.

Qeyd edək ki, "Atletiko" ilə "Çelsi" arasında ilk oyun bərabərliklə (0:0) başa çatıb.


Müəllif: