30 Aprel 2014 13:09

Yunan - Roma güləşi üzrə Olimpiya mükafatçımız Rövşən Bayramov da “facebook”un aktiv istifadəçilərindən biridir.

İdmançı dünən sosial şəbəkədə olimpiya oyunları zamanı iranlı Reyhanpura finalda məğlub olduqdan sonra ağlayarkən çəkilmiş bir fotosunu paylaşıb. Bu zaman onun dostluğunda olan hər kəs bu şəklə müxtəlif rəylər yazıb.

Diqqət çəkən rəy isə yunan-roma güləşi üzrə 2004-cü il Afina Yay Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurovdan gəlib.

Teleqraf.com Mansurovun Rövşən Bayramovun şəkilinə yazdığı şərhi təqdim edir:

“Niyə ağlayırsan? Maşallah, 1 ton medalın var. Təki bütün idmancılarımız sənin qədər nəticə versin! Öpurəm! Aslanım mənim!”

Aygün İlqarqızı


Müəllif: