30 Aprel 2014 16:00

Uşu üzrə yığma komanda Avropa çempionatına qatılacaq.

Uşu üzrə Avropa Çempionatının vaxtı və yeri müəyyən olunub. Bu barədə çempionatın iştirakçısı, Uşu üzrə Avropa çempionu, İslam Həmrəylik Oyunlarının bürünc mükafatçısı Elçin Eminov məlumat verib. Onun sözlərinə görə, çempionat mayın 7-də Buxarestdə keçiriləcək. Mayın 12-sinədək davam edəcək beynəlxalq yarışda Azərbaycan da təmsil olunacaq. Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyun başçılıq etdiyi komanda mayın əvvələrində Rumıniyaya yola düşəcək. Azərbaycan idmançıları yarışda 5 nəfərlə təmsil olunacaq.

Kişilər arasında keçirilən yarışda 56 kq çəki dərəcəsində Azərbaycanı Elçin Eminov təmsil edəcək. Komandanın digər 4 idmançısı isə Azərbaycanı çempionat çərçivəsində gənclər arasında keçiriləcək yarışda döyüşəcək.

Bəxtiyar


Müəllif: