14 Aprel 2014 18:21
362

Futzal üzrə UEFA Kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın hazırlaşan “Araz” iki yoxlama oyunu keçirib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan təmsilçisi hər iki matçda rəqiblərini darmadağın edib.

İlk oyunda "Araz"ın rəqibi güclülər dəstəsində çıxış edən klubların yığma komandası olub. "Dördlər finalı"nda çıxış edəcək klubumuz 6:0 hesablı qələbə qazanıb. "Araz"ın heyətində Davi dubl edib, Vitali Borisov, Marko Periç, Adriano Folya və Kristian Çujeç hərəyə 1 qol vurub.

İkinci oyunda isə Joze Alesionun yetirmələri Azərbaycan çempionatında çıxış edən “Fənərbaxça”nı sınağa çəkib. Naxçıvan təmsilçisi bu dəfə 6:1 hesablı qələbəyə sevinib. Yenə Davi dubl edib, Folya, Çujeç, Fabian və Auqusto hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, “Araz” aprelin 24-də keçiriləcək yarımfinalda İspaniya “Barselona”sı ilə görüşəcək.


Müəllif: