1 May 2014 11:53
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neymar La Liqada komandasının çempionluq şanslarını dəyərləndirib.

"Barselona" klubunun yarımmüdafiəçisi Neymar La Liqada komandasının çempionluq şanslarını dəyərləndirib.

Teleqraf.com məlumat verir ki, "El Mundo Deportivo"ya danışan braziliyalı futbolçu komandasının sonadək mübarizə aparmalı olduğunu bildirib:

"La Liqada çempionluq uğrunda sonadək mübarizə aparmalıyıq. Ümidimizi itirməməliyik. Hətta bizim çempionluq şansımız 1 faiz də olsa, sonadək döyüşməliyik. Ümid edirəm ki, zədədən sonra yaşıl meydanlara qayıdacağam və mövsümün qalan hissəsində oynaya biləcəm. Əgər komandama kömək etmək şansım olsa, bunu maksimum dəyərləndirəcəm. "Barselona"da yaxşı, pis günlərim oldu, ancaq hər zaman başımı dik tutdum və irəli baxdım. Belə vəziyyət məni qorxutmur".


Müəllif: