1 May 2014 12:02
514

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Qəbələ" matçın hazırlıqlarını paytaxtda davam etdirir.

Teleqraf.com xəbər verir ki, ötən turdan ("Qəbələ" - "Simurq" 1:0) sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan "qırmızı-qaralar" dünən "Bakı" Futbol Klubunun təlim-məşq bazasında meydana çıxıb.

Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı "Bakcell Arena"da saat 17:00-da keçirəcək.

Xatırladaq ki, "Neftçi" - "Qəbələ" görüşü sabah - mayın 2-də saat 17:00-da start götürəcək. Oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Müəllif: