1 May 2014 12:44
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlardan ibarət voleybol üzrə milli komandamız təlim-məşq toplanışına start verib.

Teleqraf.com-un federasiyanın mətbuat xidmətindən aldığı məlumata görə, Faiq Qarayevin yetirmələri ilk hazırlıqlarını paytaxtda - “Voleybol Mərkəzi”ndə keçirlər.

Bundan sonra yığmamız ölkə xaricinə çıxa və ya Bakıya komanda dəvət edə bilər.

Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi mayın 22-də start götürəcək.

Aygün İlqarqızı


Müəllif: