1 May 2014 14:34
522

1 May 1994-cü il - bu tarix bütün “Formula1” həvəskarlarının təqvimində qara rəngdə qeyd olunub. Çünki həmin gün “F1”- üzrə 3 qat dünya çempionu Ayrton Sennanın öldüyü gündür. Bu gün onun ölümündən 20 il keçir.

Teleqraf.com xəbər verir ki, ünlü pilotu brazilyalı futbolçular da unutmayıb. Belə ki,“Korintians”ın oyunçuları Braziliya kubokunda "Nasional"la matçda Sennanın xatirəsini yad ediblər. Futbolçular meydana dünya çempionunun dəbilqəsinə bənzər dəbilqələrlə çıxıblar.

Qeyd edək ki, ölkəsində həddindən artıq məşhur olan Ayrtonun ölümündən sonra hökumət Braziliyada 3 günlük matəm də elan etmişdi.

Aygün İlqarqızı


Müəllif: