2 May 2014 17:17
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti mövsüm Avropa Liqasında çıxış edəcək 43 komanda müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bunlardan 36-sı I, 7-si II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onlara Azərbaycanın 3 klubu da qoşulacaq. I təsnifat mərhələsində mübarizə aparacaq 2 klubumuzun potensial rəqibi olan 36 komanda səbətlərə bölünüb. Onlardan 9-u “səpələnmişlər”, 18-i “səpələnməmişlər” səbətində yer alıb. 9 komandanın durumu isə hələ qeyri-müəyyəndi. Eyni zamanda Azərbaycan təmsilçiləri hələ məlum deyil. Lakin klublarımızdan ikisinin I təsnifat mərhələsində “səpələnmişlər” səbətində yer alacağı, daha zəiflərlə görüşəcəyi dəqiqdi.

II təsnifat mərhələsinə vəsiqə qazanan 9 klubun səbəti isə hələ bəlli deyil. Bu mərhələdə Azərbaycan Kubokunun qalibi mübarizə aparacaq.

I təsnifat mərhələsi

Səpələnmişlər: Rusenborq (Norveç), Ekranas (Litva), Hafnarfyordur (İslandiya), Höteborq (İsveç), Şaxtyor (Qazaxıstan), Linfild (Şimali İrlandiya), Honka (Finlandiya), Sliqo Rovers (İrlandiya), Birkirkara (Malta).

Səpələnməmişlər: Vikinqur, Torshavn, Fulafyordur (hamısı Farer adaları), Derri, Dandalk (hər ikisi İrlandiya), Rovaniyemi, Vaasa (hər ikisi Finlandiya), Aurbus, Aberisvit (hər ikisi Uels), Banqa, Atlantas (hər ikisi Litva), Kalev, Santos (hər ikisi Estoniya), Kayrat (Qazaxıstan), Styarnan (İslanidya), Dauqava (Riqa, Latviya), Libertas (San-Marino), Kollec (Cəbəllütariq).

Qeyri-müəyyənlər: Hibernian, Slima (hər ikisi Malta), Vaduts (Lixtünşteyn), Hoqesund (Norveç), Nomme Kalyu (Estoniya), Dauqava (Dauqavpils, Latviya), Kruzaders (Şimali İrlandiya), Fram (İslanidya), Astana (Qazaxıstan).

II təsnifat mərhələsi

Qeyri-müəyyənlər: Dinamo, Şaxtyor, Neman (hamısı Belarus), Molde (Norveç), Riyeka (Xorvatiya), AİK (İsveç), Koşitse (Slovakiya).


Müəllif: