2 May 2014 17:27
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın ulduzu Sesk Fabreqasın iyunda klubu tərk edəcəyi barədə məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bu mövsüm bir çox oyunlarda ehtiyat oyunçular skamyasında oturan yarımmüdafiəçi özü də başqa kluba keçmək fikrinə düşüb. Katalonlar Fabreqası satmaq haqda düşünür.

“Barsa” rəhbərliyi müqaviləsinin bitməsinə 2 il qalan Sesk üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırlaşır. Bəzi məlumatlara görə, Fabreqas mövsümün sonunda yenidən İngiltərəyə dönəcək. Ona həm keçmiş klubu “Arsenal”ın, həm də “Mançester Yunayted”in təklif göndərəcəyi iddia olunur.

Kataloniya klubuna yaxın mənbələr bildirirlər ki, London klubu Fabreqasın müqaviləsində nəzərdə tutulan 29 milyon avronu ödəyərək, onu geri almağa çalışacaq.


Müəllif: